» » HİV-dən qoruyan üzük yaradıldı

HİV-dən qoruyan üzük yaradıldı

HİV-dən qoruyan üzük yaradıldı

Üzüyün qiyməti 5 dollardır.

ABŞ Milli Səhiyyə İnstitutunun tədqiqatçıları dapivirinli vaginal üzük icad ediblər, üzük HİV-ə yoluxma riskini yetərincə azaldır.

ucarliyiq.biz RNS-ə istinadən xəbər verir ki, tədqiqat işi “The New England Journal of Medicine” jurnalında dərc edilib.

Tədqiqatda HİV ilə mübarizənin ənənəvi üsullarının uğurlu olmadığı Cənubi Afrika, Uqanda, Zimbabve və Malaviya sakinləri iştirak edib.

Üzük 18-45 yaşarası 2629 qadında sınaqdan keçirilib.

Alimlərin sözlərinə görə, tədqiqatda yoluxma riski yüksək olan qadınlar iştirak edib. Birinci qrupdakı qadınlar dapivirinli, ikinci qrupdakı qadınlar isə platsebo olan üzüklər alıb.

Tədqiqat göstərib ki, platsebolu üzüklərdən, eləcə də ənənəvi müdafiə üsullarından, məsələn, prezervativ və ya geldən istifadə edən qadınlardan, preparatlı üzükdən istifadə edən qadınlar HİV-ə orta hesabla 27% daha az yoluxublar.

Üzüyü hazırlayanların sözlərinə görə, üzüyün qiyməti beş dollardır, istifadə müddəti isə beş ildir.