» » “Qazprom” Türkiyəyə qaz tədarükünü azaldıb

“Qazprom” Türkiyəyə qaz tədarükünü azaldıb

“Qazprom” Türkiyəyə qaz tədarükünü azaldıb

Hava əsas amil deyil.

“Qazprom” fevralın 10-dan Türkiyəyə qaz tədarükünü azaldıb. 

ucarliyiq.biz bu barədə “Vedomosti”yə istinadən xəbər verir ki, bunu Rusiya qazının tədarükünün təxminən yarısını təmin edən “Bulqartransqaz”n məlumatları təsdiq edir (qalan hissəni “Türk axını” magistralı təmin edir).

Tədarükün azalması fevralın 10-dan müşahidə edilməyə başlandı, ötən ilin eyni günü ilə müqayisədə 10%. Daha sonra bu fərq getdikcə artmağa başladı keçən həftə bu göstərici 50%-ə çatdı. Son hesabat tarixində, fevralın 24-də qaz tədarükü 26,7 mliyon kubmetrdən ibarət olub, bu isə bir il əvvəlki göstəricidən 40% azdır.

Tədarükün azalmasının səbəblərindən biri havanın temperaturunun artmasıdır – belə ki, fevralın 15-16 tarixlərində İstanbulda 19 dərəcə isti olub.

Amma hava tədarüklərə təsir edən əsas amil deyil.

“Problem ondadır ki, Rusiya Türkiyənin özəl şirkətləri üçün qaz tədarükünü azaldıb. Şirkətlərin məlum olduğu kimi, “Qazprom” ilə qiymətə görə mübahisəsi var”, - Qaz İnformasiyası Agentliyinə Türkiyə Energetika Nazirliyinə yaxın mənbə bildirib.