» » Obama İŞİD-dən danışdı: Mübarizə dayanmayacaq

Obama İŞİD-dən danışdı: Mübarizə dayanmayacaq

Obama İŞİD-dən danışdı: Mübarizə dayanmayacaq

ABŞ prezidenti bəyanat verdi.

Açıq-aşkar bəyan etmək istərdim ki, İŞİD-ə qarşı heç bir atəşkəs olmayacaq. Onlarla fasiləsiz mübarizəni davam etdirəcəyik.

ucarliyiq.biz gazeta.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama öz müraciətində bildirib. 

O qeyd edib ki, Amerika “İslam dövləti” terror təşkilatı ilə dünyanın bütün ölkələrində və mümkün olan bütün vasitələrlə mübarizəni davam etdirəcək.

“Biz bundan sonra  da onların harada yerləşməsindən asılı olmayaraq, hər yerdə İŞİD simasında olan təhlükəni məhv etmək üçün bütün vasitələrdən istifadə edəcəyik”, - o deyib.

Onun sözlərinə görə, ABŞ İŞİD yaraqlılarına qarşı Suriya və İraqda hərbi əməliyyatları dayandırmaq fikrində deyil.

Daha öncə Obama Rusiyanın HKQ Suriya hökumətini möhkəmləndirdiyini və ölkə ərazisində humanitar vəziyyəti pisləşdirdiyini bəyan etmişdi.