» » Daha bir neft şirkətində kütləvi ixtisarlar

Daha bir neft şirkətində kütləvi ixtisarlar

Daha bir neft şirkətində kütləvi ixtisarlar

“Biz bu addımı atdığımız üçün təəssüflənirik”.

Dünyada ikinci ən iri neft servis xidmətləri tədarükçüsü olan ABŞ-ın “Halliburton” şirkəti 5 min əməkdaşını ixtisar etməli olub.  

ucarliyiq.biz “1prime.ru”ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Yanvar ayında şirkət, 2015-ci ilin son üç ayında 4 min əməkdaşını işdən azad etməli olduğunu bildirib.

“Biz bu addımı atdığımız üçün təəssüflənirik, amma bədbəxtçilikdən acı həqiqətlə üzləşməli olduq. Bu həqiqət bizi bazarda mövcud mürəkkəb vəziyyət ucbatından ixtisarlar etməyə məcbur edir”, - agentlik “Halliburton” nümayəndəsi Emili Mirin elektron poçt vasitəsilə göndərdiyi məktubundan sitat gətirib.

Daha öncə dərc edilmiş maliyyə hesabatına görə, 2014-cü ildə 3,5 milyard dollar gəlir əldə edən şirkətin 2015-ci ilin yanvar-dekabr aylarında zərəri 671 milyon dollardan ibarət olub.

Hesabat dövrü ərzində zərərin bir aksiyaya çevirəndə 0,79 dollardan ibarət olub, 2014-cü ildə isə bir aksiya üçün 4,13 dollar gəlir əldə edilmişdi.

Şirkətin ümumi gəliri 23,63 milyard dollardan ibarət olub, bu isə 2014-cü il üçün göstəricidən 28% azdır.

ww.oxu.az