» » Venesuelanı kütləvi iğtişaşlar bürüyüb - VİDEO

Venesuelanı kütləvi iğtişaşlar bürüyüb - VİDEO

Venesuelanı kütləvi iğtişaşlar bürüyüb - VİDEO

Polis atəş açmaq məcburiyyətində qalıb.

Venesuelada dünya neft qiymətlərinin kəskin ucuzlaşması ilə sosial proqramların ixtisarı fonunda hakimiyyət əleyhinə etiraz aksiyaları vüsət alıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rosbalt yerli KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, ölkənin Karakas, Vaensiya, Merida və San-Xristobalı şəhərlərini zorakılıq dalğası bürüyüb. Etirazçılar arasında çox sayda tələbə var. İştişaşlar fevralın 24-də günorta saatlarından başlayıb. Milli qvardiya qüvvələri və polis şəhər küçələrində atəş açmaq və aksiya keçirənlərə qarşı gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.

Hökümətyönümlü qüvvələr motosikletlərlə də reydlər keçirir, guya ki, silahlı insanlara atəş açmaq icazələri var. Sosial şəbəkədə hadisə yerindən olan ilk videolar da yerləşdirilib. Bir neçə bina alova bürünüb.

Təsdiqlənməmiş informasiyaya görə, müxalif qüvvələrin ofisləri yanır. Videoda atəş səsləri eşidilir.

Yerli hüquq-mühafizə təşkilatı ilk həbslər barədə məlumat yayıb. Hökumətyönümlü qüvvələri etiraz aksiyasının işitrakçılarından ayırmaq üçün fəallar küçələrdə şinlər yandırırlar.

Yerli sakinlər internetin kəsildiyini bildirblər, bu yolla hakimiyyət küçələrdə baş verən iğtişaşlar haqqında məlumatın yayılmasının qarşısını almağa çalışdığı ehtimal edilir.