» » Medvedev Rusiyada arağı qadağan etməyəcəyinə söz verdi

Medvedev Rusiyada arağı qadağan etməyəcəyinə söz verdi

Medvedev Rusiyada arağı qadağan etməyəcəyinə söz verdi

“Biz araqla müəyyən müddət mübarizə aparmışıq”.

Rusiyanın Baş naziri Dmitriy Medvedev ölkədə sərxoşluqla mübarizə çərçivəsində arağın qadağan olunmayacağına söz verib. Onun sözlərinə görə, alkoqolizmlə mübaizə aparmaq lazımdır, lakin həddi aşmaq olmaz “arağın və ya “Qəribə Təsadüf və ya Həmişə Təmizlikdə” filminin qadağan etmək düzgün olmazdır”, ucarliyiq.biz xəbər verir.

“Biz araqla müəyyən müddət mübarizə aparmışıq. Mən 1986-ci ilin 16 may fərmanını nəzərdə tuturam. Yadınızdadır? Nəticəsi məlumdur. Dükanlara uzun növbələr və ev şəraitində hazırlanan və sağlamlığa ziyan olan içkilər...

Əlbəttə ki, içkilərlə yox, vərdişlərlə mübarizə aparmaq lazımdır. Filmlərə qaldıqda isə, idmanı, normal ailə həyatını təbliğ edən ekran əsərlərinə üstünlük versək daha yaxşı olar. “Qəribə Təsadüf və ya Həmişə Təmizlikdə” filmini mən qadağa etməzdim”, - Medvedev deyib.