» » Yer üzündə ən hündür tikilinin layihəsi hazırlanır - FOTO

Yer üzündə ən hündür tikilinin layihəsi hazırlanır - FOTO

Yer üzündə ən hündür tikilinin layihəsi hazırlanır - FOTO

Kilometr hündürlüyü olan qüllələrin Azərbaycanda da ucaldılması planlaşdırılır.

Yer üzündə ən hündür qülləsi “Mil” ola bilər. 

ucarliyiq.biz Gizmag-a istinadən xəbər verir ki, tikilinin hündürlüyü bir mil, müvafiq olaraq 1609 m olacaq.

Əgər qüllə tikilərsə, o, Dubayda yerləşən 830 m hündürlüyü ilə dünyada ən hündür bina hesab edilən “Burj Khalifa”dan hündür olacaq.

“Mil” layihəsini İtaliyanın “Carlo Ratti Associati” memarlıq studiyasının rəhbərliyi altında Avropa mühəndislərindən ibarət komanda hazırlayıb. Layihənin həmüəllifləri Almaniyanın “Schlaich Bergermann und Partner” bürosu və Britaniyanın “Atmos” dizayn studiyasıdır.

“Mil” layihəsi dünyada ən hündür şaquli park olacaq. Tikili perimetr boyu yaşıllıqlarla örtüləcək. Ağacların və kolların arasında heyvanların məskunlaşacağı da ehtimal edilir.

“Nyu-Yorkun Mərkəzi parkını uzadılmış və şaquli şəkildə təsəvvür edin”, - “Archdaily” nəşri “Mil”nın müəlliflərindən biri Karlo Rittinin sözlərindən sitat gətirib.

“Carlo Ratti Associati”də layihənin həyata keçirləcəyini iddia edirlər. Memarlar binanın sifarişçisinin adını deməkdən imtina ediblər, amma müştərinin olduğunu bildirirlər. Tikilinin harada və nə zaman tikiləcəyi aydın deyil. Layihə haqqında təfərrüatların bu ilin mart ayının 16-da Kannda keçiriləcək ənənəvi MİPİM illik əmlak sərgisi çərçivəsində “Mil”nın tədqimatında açıqlanacağı gözlənilir.   

Hazırda yer üzündə ən hündür bina Ərəb Əmirliklərində yerləşən “Burj Khalifa” göydələnidir, ikinci yerdə 634 metr hündürlüyü olan Yaponiyanın “Tkyo Skytree” televiziya qülləsidir. 1,1 km hündürlüyü olan göydələn layihəsi İraqda mövcuddur, kilometr hündürlüyü olan qüllələrin Azərbaycanda da ucaldılması planlaşdırılır.

Yer üzündə ən hündür tikilinin layihəsi hazırlanır - FOTO