» » Suriyada atəşkəs rejimi rəsmi olaraq qüvvəyə minib

Suriyada atəşkəs rejimi rəsmi olaraq qüvvəyə minib

Suriyada atəşkəs rejimi rəsmi olaraq qüvvəyə minib

Barışıq İŞİD, “Nüsra cəbhəsi”nə şamil edilməyəcək.

Suriya qoşunları ilə ölkənin silahlı müxalifət dəstələri arasında çoxdan gözlənilən atəşkəs rejimi Dəməşq vaxtı ilə cümə günündən şənbəyə keçən gecə (Bakı vaxtı ilə 02:00-da) rəsmi olaraq qüvvəyə minib.

ucarliyiq.biz xəbər verir ki, atəşkəs rejiminin müəyyən edilməsi şansları bazar ertəsi Rusiya və ABŞ liderlərinin Suriyada hərbi əməliyyatların dayandırılmasına dair birgə bəyanatla çıxış etmələrindən sonra yaranıb.

Dəməşq, bir sıra müxalifət qruplaşmaları və Suriyaya Beynəlxalq Dəstək Qrupu ölkələrinin bir hissəsinin təsdiqini alan bəyanata əsasən, barışıq İŞİD, “Nüsra cəbhəsi”, həmçininBMT Təhlükəsizlik Şurası tərəfindən terroor təşkilatı kimi tanınan qruplaşmalara şamil edilməyəcək.