» » Rusiyalıların Putinə olan sevgisi azalır – REYTİNQ DÜŞDÜ

Rusiyalıların Putinə olan sevgisi azalır – REYTİNQ DÜŞDÜ

Rusiyalıların Putinə olan sevgisi azalır – REYTİNQ DÜŞDÜ

Yeni sorğu keçirildi.

Rusiya əhalisinin 81%-i ölkə prezidenti Vladimir Putinin hərəkətlərini təqdir etsə də, 19%-i onu dəstəkləmir.

ucarliyiq.biz xəbər verir ki, bu məlumatlar “Levada-Centr”in fevralda apardığı sosioloji araşdırma nəticəsində ortaya çıxıb. 

2015-ci ilin oktyabrından başlayaraq Putinin dəstək reytinqi azalmaqdadır. Həmin vaxt bu rəqəm rekord həddə - 88%-ə çatırdı. Ötən ilin fevralında Putinin fəaliyyətini əhalinin 86%-i təqdir edib. Ötən ay isə bu rəqəm 82%-ə bərabər olub. 

Bununla yanaşı, Rusiya əhalisinin yalnız 58%-i Baş nazir Dmitri Medvedevin işini bəyənir.