Şok:

Azeri chata daxil olun Aç\Gizlət



Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)

Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)
Nobel Prospekti öz simasını dəyişir. Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ağ şəhər bulvarının təməlini qoyub. Həmin bulvar 3 km uzanmaqla Bakı bulvarını dünyanın nəinki ən gözəl, həmçinin ən uzun bulvarına çevirəcək.

Bakı Ağ Şəhər layihəsi çərçivəsində bulvar xəttinin uzadılması ilə yanaşı, Nobel prospekti də öz simasını dəyişəcək. Prospektin yenidən qurulma işləri Bakı Ağ Şəhər Ofis Binasının qarşısında olan və bütün layihənin təməl daşı yerləşən meydançadan başlayır. “Bakı Ağ Şəhər” layihəsinin piyadalar üçün rahat və prioritet hərəkət şəraiti yaradan gəzinti sahələri, küçə və meydanları şəbəkəsinin davamı olaraq, prospekt eni 20 metrə kimi geniş piyada səkiləri, gözəl ağacları olan şəhər gəzinti bulvarına çevriləcək.

X.Rüstəmov küçəsinin yenidən qurulması nəticəsində, Nobel prospektində iki yeni yeraltı piyada keçidi inşa ediləcək. Layihəyə görə, bu küçənin Nobel prospekti ilə kəsişməsində 4 çıxışı olan yeraltı piyada keçidinin tikintisi aparılmaqdadır.

Bakı Ağ Şəhərin nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində, Xətai metro stansiyasından sonra gələn yeni metro stansiyasının yerləşməsi və çıxışları razılaşdırılıb. Həmin stansiyanın olması bu rayonda yaşayan və işləyənlər üçün əlavə rahatlıq yaradacaq. Yeni metro stansiyasının müxtəlif istiqamətlərdə, o cümlədən yeni Fontanlar Meydanının və Ticarət-Əyləncə mərkəzinin lap yaxınlığında 5 çıxışı olacaq. Bu çıxışlar piyadaların Nobel prospektindən təhlükəsiz yeraltı keçidini təmin edəcəklər.

Azərbaycan Respublikası Hökumətinin və Bakı şəhər İcra Hakimiyyətinin əlverişli investisiya mühiti üçün yaratdıqları şəraitin nəticəsi olaraq, Bakı Ağ Şəhər-də tikinti işləri eyni zamanda bir neçə rayonda tam sürətlə aparılır.

Yaşıl Ada (Green Hill) rayonunda təmizləmə işləri başa çatıb, layihənin şimal və mərkəz hissələrində isə təmizlənmə işləri yüksək sürətlə davam etdirilməkdədir.
Yaşıl Ada (Green Hill) rayonunda Atkins memarlıq şirkətinin yerli mütəxəssislərlə birgə xüsusi olaraq “Bakı Ağ Şəhər” üçün işləyib-hazırladığı və öz yaşayış şəraitini yaxşılaşdırmaq istəyən şəhər sakinlərinin getdikcə daha çox bəyəndiyi fransız üslublu yaşayış kompleksləri inşa edilməkdədir.

Nobel prospektində, Baki Ağ Şəhər-ə girişi bildirən və artıq beynəlxalq memarlıq aləmində geniş tanınmış və hələ layihələndirmə mərhələsində dəfələrlə müxtəlif beynəlxalq sərgilərdə mükafatlara layiq görülmüş Bakı Ağ Şəhər Ofis Binasının tikintisi davam edir. İcra edilmə mərhələsində isə Bakı Ağ Şəhər Ofis Binası nüfuzlu beynəlxalq Asia Pacific Property Awards 2013 sərgisində eyni zamanda iki kateqoriyada - Ofis binası və Ofis arxitekrurası nominasiyalarında mükafatlar alıb.

Eyni zamanda, Park rayonunun ərazisi aktiv olaraq işlənməkdədir. Ümumi sahəsi 24 ha olan və Bakı Ağ Şəhər-in şərqindən qərbinə keçən yüksəklikdə yerləşən Park Rayonu, orta hündürlüyü 19 mərtəbəyə qədər olan binalar sırası kimi layihələndirilmişdir. Layihəyə görə, hər bir bina ticarət sahəsi kimi təqdim ediləcək kürsüdə yerləşəcək.

Tikinti zamanı həm gözəlliyi, həm də fasadın uzunömürlülüyünü saxlamağa imkan verən müasir mühəndis həlləri tətbiq edilir, keramik materiallardan istifadə olunur. Nizami parkından yuxarıda – dəniz səviyyəsindən 25 metr yüksəkdə yerləşdiyinə görə, rayonun sahilyanı bulvara və Bayraq Meydanına gözəl görüntüsü olacaq.
Fransız üslublu binalardan fərqli olaraq, bu evlər daha geniş planlaşdırılıb.

Yenidən qurulmadan sonra ən qədim parklardan biri olan Nizami Parkı şəhərin ən gözəl parklarından birinə çevriləcək.

Yeni bulvar xəttinin və Nobel prospektinin abadlaşdırılmasının və yenidən qurulmasının məntiqi sonu - Mərkəzi İş Rayonunu və Fontanlar Rayonunu layihənin sahilyanı hissəsindəki Ticarət-Əyləncə Mərkəzi və yeni bulvar ilə birləşdirən və onun əsas bəzəyi və strateji hissəsi olan piyada körpüsüdür.

Bakı Ağ Şəhər layihəsi dəfələrlə böyük beynəlxalq sərgilərdə, o cümlədən Cityscape Global 2011 (Dubay) və MIPIM Asia 2011 (Honq-Konq) sərgilərində müvafiq olaraq, “Ən yaxşı şəhərsalma layihəsi” və “Gələcəyin ən yaxşı layihəsi” nominasiyalarında birincilik əldə edib. Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi rolunda mühəndis layihələndirilməsi sahəsində dünyanın tanınmış beynəlxalq şirkəti Atkins (Böyük Britaniya) çıxış edir. Layihə üzərində işə Azərbaycanlı mütəxəssislərlə yanaşı, əsası əfsanəvi Norman Foster tərəfindən qoyulmuş məşhur Fosters and Partners arxitektura şirkəti və kommersiya məkanlarının işlənilməsində böyük təcrübəyə malik Amerikanın F+A Architects arxitektura bürosu da cəlb olunub.
Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)
Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)
Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)
Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)
Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)
Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)
Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)
Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)
Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)
Bakının Ağ Şəhəri belə görünəcək (FOTO)



Müəllif: itkin /
Oxunub 654 | Rəy 0
|11 iyun 2013 /

Rəylərərinizi bildirməyi unutmayın!

Adınız:
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Şəkil Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Sual:
Azərbaycanda hansı dəniz var?
Cavab:*
Radio ucarliyiq biz
Установите Flash player



Canlı radioda sifariş et
Qabaqçıl istifadəçilər
Son rəylər
  • roma785 20.04.2014
    Dünya bu fotoşəkildən danışır (6)
    roma785-foto
    onsuzda bu suriyalilar cox ag eleyibler usagada silah tutmaq olar ay vicdansiz usagin ne gunahi var arsiz kimi de bunu verirler internet portallara
  • roma785 20.04.2014
    Bu gün səni sevdiyim gündür (2)
    roma785-foto
    Bu gün çox tanışdı mənə
    Səni ilk gördüyüm gündür
    Baxıb ürkək gözlərinə
    Sevinclə güldüyüm gündür
  • roma785 20.04.2014
    Səni unutmağa çalışacağam(Ayrı ... (2)
    roma785-foto
    Həsrət yolları ölüm olsada,
    Yoluma o yoldan başayacağam.
    Sənsizlik acısı zülm olsada ,
    Səni unutmağa çalışacağam.

    SENI UNUTMAGA CALISACAGAM UNUTMAQ CETIN OLSA BELE
  • roma785 20.04.2014
    Ayrılıq tozu...(Sevgi şeri) (5)
    roma785-foto
    Qiymətli canını üzmə mənimçün.
    Eşqimin yasını saxlamıram mən.
    Gözümə ayrılıq tozu dolubdur.
    Onunçün yaşayıb, ağlamıram mən.

    Görürsən verirəm sənə təsəlli.
    Ki, bilmə Xəyalın gözü dolubdur.
    Xoşbəxt ol arxanca ağlamıram mən.
    Gözümə ayrılıq tozu dolubdur.
    dash_mini
  • roma785 20.04.2014
    Sənsiz yaşayıram sən ola-ola(A ... (3)
    roma785-foto
    Susdum...gözlərimə yaş dola-dola
    Gör mənim bəxtimə nə yazıb fələk
    Sənsiz yaşayıram sən ola-ola
    Ya sən doğulardın, ya men ölərdim…
    Görəsən, əlacı yoxmu bu dərdin?

    QARDASIM YA SEN YADA MEN BU SEVGUDEN BIR XEYUR GORMEDIK SENDE SEVGININ ACISINI YASADIN MEN DE
  • roma785 20.04.2014
    "Endirim" edirik deyə alıcıl ... (4)
    roma785-foto
    ONSUZDA HEMISE ELE OLUBDA YALANDAN REKLAM CARXLARINIM QOYURLAR GUYA 70 VE YAXUDDA 80 % ENDIRIM EDIRLER CAMAATI BU QEDERE ALDATMAQ OLMAZ AXI SEN CAMAATI ALDDATIN BES ALLAHINI NIYE UNUDURSAN ALLAH GOYDEN BAXIRAXI SEHERSI GUNU SENI PIS VEZIYETE QOYACAQ AXI
  • roma785 20.04.2014
    Səni sevdiyimçün qürur duyuram (1)
    roma785-foto
    Getdikcə qəlbimdə çoxalır sevgin.
    Şeytanın gözünü ağlar qoyuram.
    Qoy bilsin kainat untanmıram ki.
    Səni sevdiyimçün qürur duyuram.

    Saf sudan daha saf duru sevgilim.
    Günəşli baharın barı sevgilim.
    Ey mənim gözümün nuru sevgilim.
    Səni sevdiyimçün qürur duyuram
  • roma785 20.04.2014
    Səni sevdimki (1)
    roma785-foto
    Mən səni sevəndə yaz havasıydı
    Neyləyim,taleyin gözü tökülsün
    Həyatım əlində quş yuvasıydı
    Quran özün oldun,uçuran özün

    Yadıma nə düşür!-sənin ad günün
    Biz qoca deyirdik,dünya təzəymiş
    Ili yox həyatda insan ömrünün
    Anı da tarixidə bir hadisəymiş...
  • roma785 20.04.2014
    Elza Seyidcahanın gəlini onun ... (3)
    roma785-foto
    allah xosbext elsin insallah haminin balasinin icindede biz olmaqla allah hamiya xeyir is qismet elsin butun vqalideyinler ovladinin xeyir isini gormeyini allah teala nesib elsin
  • roma785 20.04.2014
    Şirin xatirələr (3)
    roma785-foto
    Herden gəldiyini görürəm sənin.
    Sən demə xəyallar aldadır məni.
    Keçmişi gözümdə canlandıranda.
    Şirin xatirələr ağladır məni.

    Nə vaxtdı xəbərim yoxdu özümnən.
    Hər gecə gözlərim çıxır sözümnən.
    Deyimmi nə yaşdı axır gözümnən?
    Şirin xatirələr ağladır məni.
Reklam





Bağla
Salam xoş gəldiniz!

Bizi minlərlə adamlar bəyənirlər sizdə qoşulun!!!