» » Sobyanin Telman İsmayılovun sonuncu obyektini sökür

Sobyanin Telman İsmayılovun sonuncu obyektini sökür

Sobyanin Telman İsmayılovun sonuncu obyektini sökür

Lujkov onu “qardaşım” adlandırırdı.

Moskva meriyası şəhərdə “qanunsuz ticarət və iaşə obyektlərinin söküntüsünün ikinci dalğasını başlatmağa hazırlaşır. 

ucarliyiq.biz-ın Rusiya KİV-ə əsasən verdiyi xəbərə görə, bu barədə daşınmaz əmlakdan istifadəyə nəzarət üzrə Dövlət Müfəttişliyinin saytında bildirilib.

Məlumata görə, bu dəfə siyahıda Telman İsmayılovun məşhur SAFİSA şadlıq evi də var.

Müfəttişliyin rəhbəri Sergey Şoqurov deyib ki, paytaxt hakimiyyəti özbaşına tikintilərə qarşı mübarizəni davam etdirəcək və bu məqsədlə yeni siyahı hazırlanır. 

Xatırladaq ki, bundan əvvəl Moskva meriyası metro stansiyalarının qarşısında yerləşən irili-xırdakı 104 obyekti söküb. 

“Prestupnaya Rossiya” saytı isə xəbər verir ki, yeni siyahıda SAFİSA restoranının da adı yer alacaq. T.İsmayılov SAFİSA restoranının yerləşdiyi binanı vaxtilə mer Yuri Lujkovun sayəsində alıb və onu dəbdəbəli şadlıq sarayına çevirib.

Həmin sarayda T.İsmayılovun məşhur ad günü ziyafətinin videoları internetdə məşhurdur. Orada Lujkov da çıxış edir və Telmanı “qardaşım” adlandırır. Bildirilir ki, indiki mer Sergey Sobyanin obyektin sökülməsinə, bununla da T.İsmayılovun Lujkovun sayəsində yaratdığı biznes-imperiyasına son nöqtə qoyulmasına qərar verib.