» » Gürcüstanda yeni aviaşirkət yaradılıb

Gürcüstanda yeni aviaşirkət yaradılıb

Gürcüstanda yeni aviaşirkət yaradılıb

Şirkət Avropa və Asiya ölkələrinə uçuşlar yerinə yetirəcək.

Gürcüstanda biznes-aviasiya sahəsində fəaliyyət göstərən və Tiflis beynəlxalq hava limanında yerləşəcək “Air Georgia” yeni aviaşirkət yaradılıb. 

Bu barədə ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir.

Aviadaşıyıcı müştərilərinə altı yerlik biznes-jetlər təqdim edəcək. 

Şirkət martın 1-dən Avropa və Asiya ölkələrinə uçuşlar yerinə yetirmək niyyətindədir.
 
Şirkətin təqdim etdiyi xidmətlər paketinə aeroporta yola salmaq, qarşılanma və VİP xidmətlər daxildir.