» » PKK Ceyhan neft kəmərini partlatmaq istədi

PKK Ceyhan neft kəmərini partlatmaq istədi

PKK Ceyhan neft kəmərini partlatmaq istədi

Partlayıcı qurğu aşkar edilib.

İraqın şimalından Türkiyənin Ceyhan limanına qədər uzanan neft borusunda partlayıcı qurğu aşkar edilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyinin yaydığı məlumatda deyilir.

Hazırda mütəxəssislər boru kəmərinin yaxın zamanda normal rejimdə fəaliyyət göstərməsi üçün işlər aparır.
 
“Ceyhan neft kəməri ilə nəql fevralın 17-dən dayandırılıb. Bu səbəbdən yanğın baş verməyib. Artıq mütəxəssislərimiz kəmərlə nəqlin bərpa olunması üçün müvafiq işlər görür”, - deyə bəyanatda bildirilir.

Bildirilir ki, Ceyhan neft kəmərini PKK silahlıları partlatmaq istəyirdilər.