» » Türkiyədə həndbol komandasını daşıyan avtobus çevrilib

Türkiyədə həndbol komandasını daşıyan avtobus çevrilib

Türkiyədə həndbol komandasını daşıyan avtobus çevrilib

Ölən və yaralananlar var.

Türkiyənin mərkəzi hissəsində həndbol komandasını daşıyan avtobus qəzaya uğrayıb, ucarliyiq.biz Doğan agentliyinə istinadən xəbər verir.

Qəza nəticəsində bir nəfər ölüb, 12 nəfər yaralanıb. Avtobusda ümumilikdə, 45 nəfər olub. Hadisə Qəhramanmaraş – Kayseri yolunda baş verib. 

İlkin məlumatlara görə, avtobus sürücü idarəetməni itirdikdən sonra çevrilib. Qəza yerinə xilasedicilər, polis və həkimlər cəlb olunub.Yaralananlar xəstəxanaya çatdırılıblar.