» » “Cəbhət ən Nüsrə”nin müttəfiqləri Dəməşqi minaatanlardan atəşə tutublar

“Cəbhət ən Nüsrə”nin müttəfiqləri Dəməşqi minaatanlardan atəşə tutublar

“Cəbhət ən Nüsrə”nin müttəfiqləri Dəməşqi minaatanlardan atəşə tutublar

Onlar müvəqqəti atəşkəs rejimini dəstəkləməkdən imtina ediblər.

“Əl Qaidə” və “Cəbhət ən Nüsrə” terror təşkilatları ilə əlaqəli “Ceyş əl-İslam” qruplaşmasının silahlıları Suriyanın paytaxtı Dəməşqi minaatanlardan atəşə tutublar.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə suriyalı hərbi mənbə xəbər verib.

Məlumata görə, terrorçular paytaxtı Cobar və Duma şəhərlərindəki mövqelərindən atəşə tutublar.  Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, “Əl Qaidə” və “Cəbhət ən Nüsrə” terror təşkilatlarının müttəfiqləri hesab edilən “Ceyş əl-İslam” və “Ahrar əş-Şam” qruplaşmaları  Cobar və Duma yaşayış məntəqələrində  güclü mövqelərə malikdirlər.  

Hər iki qruplaşma bu gündən qüvvəyə minən müvəqqəti atəşkəs rejimini dəstəkləməkdən imtina edib.