» » ABŞ-da polis zabitini ilk iş günündə güllələdilər

ABŞ-da polis zabitini ilk iş günündə güllələdilər

ABŞ-da polis zabitini ilk iş günündə güllələdilər

Virciniya ştatında polisin qətlinə görə ölüm hökmü nəzərdə tutulub.

ABŞ-da Virciniya ştatının Prins-Uilyam dairəsində atışma zamanı bir polis zabiti öldürülüb, daha ikisi yaralanıb.

ucarliyiq.biz xarici KİV-ə istinadən məlumatına görə, hadisə şənbə günü axşam saatlarında baş verib. 

Mümkün ev zorakılığı barədə məlumat alan polislər hadisə yerinə gələrkən atəşə tutulublar.

Atışma zamanı, polis zabiti Eşli Quindon həlak olub, güc strukturlarının daha iki əməkdaşı isə ağır yaralanıb.

Məlumat verilir ki, həlak olan xanım zabit şənbə günü polis sıralarında ilk iş gününə çıxmışdır. Cinayətkar saxlanılıb.

Qeyd edək ki, Virciniya ştatında polisin qətlinə görə ölüm hökmü nəzərdə tutulub.