» » Baltikayanı ölkələr NATO-dan təcili kömək istəyir

Baltikayanı ölkələr NATO-dan təcili kömək istəyir

Baltikayanı ölkələr NATO-dan təcili kömək istəyir

“Çünki bizim belə qonşumuz var”.

NATO-nun Şərqi Avropadakı üzvləri alyansı Rusiya ilə sərhəddə mümkün qədər qısa müddət ərzində sanballı hərbi qüvvə cəmləşdirməyə və bu qüvvələri “maksimal uzun müddətə” orada saxlamağa çağırır.

ucarliyiq.biz Virtualaz.org-a istinadən xəbər verir ki, bu narahatlıq Rusiyanın Baltik ölkələrinə mümkün hərbi intervensiyası ilə bağlıdır.

“The Washington Post” qəzetinin yazdığına görə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç  fevralın 26-da Vaşinqtona səfəri zamanı NATO-nun iyulda Varşavada keçiriləcək sammitini gözləmədən alyansın Baltik regionunda güclü qoşun birləşmələri dislokasiya etməli olduğunu deyib. Nazirin sözlərinə görə, NATO “olduqca birmənalı və qətiyyətli bəyanatla” çıxış edərək Rusiyanı mümkün hərbi intervensiyadan çəkindirmək üçün regionda hərbi qüvvə cəmləşdirəcəyini bildirməlidir. “Bu qüvvələr nə qədər uzun müddət lazım olsa o qədər regionda qalmalıdır, çünki bizim belə qonşumuz var” - Edqars Rinkeviç deyib.

Rinkeviçin sözlərinə görə NATO-nun hazırda Baltik regionundakı bir neçə yüz nəfərlik kontingenti Rusiya təhdidinə qarşı yetərli deyil. Bu hərbi kontingentin sayını artırmaq, o cümlədən ağır silahlar və tanklar cəmləşdirmək lazımdır. Xarici işlər naziri Latviyanın hava hücumundan müdafiə sistemini gücləndirməyə də kəskin zərurət hiss etdiyini deyib. Nazirin sözlərinə görə, Latviya hava hücumundan müdafiə sistemini gücləndirsə NATO-nun əsas qüvvələrinin köməyə yetişməsinə qədər ölkəni müdafiə edə bilərdi.