» » ABŞ-da iki erməni fırıldaqçılıqda təqsirkar bilindi

ABŞ-da iki erməni fırıldaqçılıqda təqsirkar bilindi

ABŞ-da iki erməni fırıldaqçılıqda təqsirkar bilindi

Milyonlarla dollar saxta şirkətlərin hesabına köçürülürdü.

Qlendeyldə (Kaliforniya) iki erməni Medicare sistemində 1 milyon dollardan çox vəsaitin yuyulmasında ittiham edilərək təqsirkar biliniblər.

ucarliyiq.biz “Novosti-Armenii”ya istinadən xəbər verir ki, federal məhkəmə üçgünlük iclasın nəticələrinə görə, Karen Sarkisyanı 12 epizod üzrə təqsirkar bilib.

Edqar Akopyan kimi məşhur olan, Edqar Poqosyan isə bir neçə epizod üzrə təqsirkar bilinib. Hər iki müttəhimə dair hökm iyun ayında açıqlanacaq.

Prokurorluğun məlumatına görə, Karen Sarkisyan iki şəxsin yaratdığı 5 saxta korporasiyanın yardımı ilə çirkli pulların yuyulması ilə məşğul olub. Onlar da bu cinayətdə təqsirkar biliniblər.

Milyonlarla dollar saxta şirkətlərin hesabına yatırılırdı, oradan isə həmin şəxslərin və onların qohumlarının adlarına çeklər yazılırdı.

Müstəntiqlərin fikrincə, Edqar Poqosyanın bu sxemi keçən ay işə salan əmisi 57 ay müddətinə azadlıqdan məhrum edilib. O, çirkli pulların yuyulmasında günahını etiraf edib.  Məhkəmənin qərarına görə, o, 600 min dollar həcmində ziyanı ödəməlidir.

İşin digər fiqurantı Aram Aramyan 51 ay müddətinə azadlıqdan məhrum edilərək, 350 min dollar məbləğində ziyanın ödənilməsinə məhkum edilib.