» » 200 minlik İslam ordusunun təlimləri başladı

200 minlik İslam ordusunun təlimləri başladı

200 minlik İslam ordusunun təlimləri başladı

Hərbi manevrlər Hafar-əl Baten regionunda keçirilir.

Türkiyə də daxil olmaqla, 20 ölkənin hərbçilərindən ibarət 200 minlik İslam ordusunun ilk təlimi başlayıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Saudi” qəzeti məlumat yayıb.

Məlumata görə, təlim “Terrora qarşı mübarizə” adlanır. 

Hərbi manevr Səudiyyə Ərəbistanının şimal-şərqində Hafar-əl Baten bölgəsində keçirilir.

Təlimdə 200 min əsgərlə yanaşı, yüz döyüş təyyarəsi, yüzlərlə quru döyüş maşını cəlb edilib.