» » Əlində kəsilmiş uşaq başı tutan hicablı qadın saxlanıldı – VİDEO

Əlində kəsilmiş uşaq başı tutan hicablı qadın saxlanıldı – VİDEO

Əlində kəsilmiş uşaq başı tutan hicablı qadın saxlanıldı – VİDEO

Rusiya paytatında dəhşətli hadisə yaşandı.

Moskvada mənzildə yanğından sonra başsız bədəni tapılan uşağın qətlində şübhəli bilinən qadın metrostansiya yaxınlığında saxlanılıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə rəsmi nümayandəsi Yuliya İvanova bildirib.

“Moskvanın “Oktyabrskoye pole” metrostansiyası yaxınlığında uşağı qətlə yetirməkdə şübhəli bilinən dayəsi saxlanılıb”, - İvanova bildirib.

Uşağın kəsilmiş başı əlində olan hicablı qadın ətrafdakıları özünü partlatlmaqla hədələyib.

Yanğın fevral ayının 29-da Narodnoe Opolçenie küçəsində yerləşən hündürmərtəbəli binada səhər saatlarında baş verib. Yanğınsöndürənlər alovu dəf ediblər. Dörd nəfər xilas edilib. Hadisə yerində tapılmış başı kəsilmiş uşağın 3-4 yaşı olub.

İlkin məlumata görə, uşaq öldürülüb, mənzil isə bilərəkdən yandırılıb. İstintaq komitəsi baş verənlərə dair istintaqa başlayıb.