» » İŞİD-in qadın taboru yaradıldı

İŞİD-in qadın taboru yaradıldı

İŞİD-in qadın taboru yaradıldı

O, “güclü xarakterə” malikdir.

“İslam Dövləti” (İŞİD) təşkilatının lideri Abu Bəkr əl-Bağdadi qadın taborunun yaradılmasını elan edib. Taborun komandiri qadın təyin edilib.  

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Al Arabia” məlumat yayıb.

Terrorçu Nada əl-Katani tamamən qadınlardan ibarət  birləşməyə rəhbərlik edəcək. Onun bölüyü Suriyanın şimali-şərqində Əl-Hasaka şəhərində yerləşəcək.

Əl-Bağdadi əl-Katani ilə İŞİD-ə daxil olan müxtəlif qruplaşmaların iclasında  iki dəfə görüşüb. Mənbənin sözlərinə görə, o, “güclü xarakterə” malikdir.

Nada əl-Katani İŞİD-ə 2013-ü ildə qoşularaq sədaqət andı içib. Twitter-də paylaşdığı yazılarda o, qadınları İŞİD-ə qoşulmağa çağırıb, eləcə də terrorçu kamekadze olmaq niyyətini açıqlayıb.

Britaniyanın MI6 kəşfiyyatının məlumatına görə, 2015-ci ildə İŞİD yaraqlılarına krallıqda yaşayan 60 qadın qoşulub. Eləcə də İŞİD-in sıralarında Fransa, Almaniya, Belçika və digər Avropa ölkələrindən, eləcə də sabiq SSRİ ölkələrindən olan qadınların döyüşdüyü məlumdur.