» » Çində “cin çıxartma” adı ilə qadını diri-diri bişirdilər

Çində “cin çıxartma” adı ilə qadını diri-diri bişirdilər

Çində “cin çıxartma” adı ilə qadını diri-diri bişirdilər

Onun üzünün rəngi qaralmışdı.

Çinin Sıçuan əyalətində iki “sehirbaz” qadını taxta çəlləkdə diri-diri bişirdilər.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Chinanews.com” məlumat yayıb.

Özlərini cadugər sayan iki nəfər qadının bədəninə girmiş cini çıxarmaq və onu düçar olduğu xəstəlikdən qutarmaq qərarına gəlib. Qadın xəstəlikdən yaxa qutarmağa çalışsa da, onun cəhdləri nəticə vermirdi.

Şənbə günü, fevral ayını 27-də axşam saatlarında qışqırıq səsləri eşidən qonşular qadının evinə gəlib. Daha sonra qadının evinə, guya ki, fövqəl qabiliyyətə malik iki yerli sakin gətirilib. Onlar bu qışqırıqları qadının deyil, onun bədəninə girən cinin çıxardığını bildiriblər, daha sonra həmin qadını çəlləyə yerləşdiriblər.

Qadını ordan çıxardıqda onun üzünün rəngi qaralmışdı. Ayaq üstə dura bilmirdi.

Xəsarət alan qadın tibb işçiləri gəldikdən bir qədər sonra ölüb.

Polislər özlərini təbbib elan edənləri göz altına alıb.