» » Kaxa Kaladze: Gürcüstan bahalı İran qazı almaq istəmir

Kaxa Kaladze: Gürcüstan bahalı İran qazı almaq istəmir

Kaxa Kaladze: Gürcüstan bahalı İran qazı almaq istəmir

“Qiymətlər rəqabətqabiliyyətli deyil”.

Gürcüstan yüksək qiymətlərə görə İran qazının alınması üçün danışıqlar aparmır.

ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirini müavini, energetika naziri Kaxa Kaladze Azərbaycan KİV-ə açıqlamasında bildirib.

“İran qazının Gürcüstana transportasiyası iki yol ilə - Azərbaycan və Ermənistandan keçərək mümkündür, amma qiymətlər rəqabətqabiliyyətli deyil və bu səbəbdən də İran qazının alınması barədə biz yalnız gələcəkdə danışa bilərik”, - Kaladze qeyd edib.

Daha öncə İranın Gürcüstandakı səfiri Abbas Talebi-far bəyan etmişdi ki, İran Gürcüstana həm daxili, həm də Avropaya tranzit üçün qaz tədarük etməyə hazırdır.

Qeyd edək ki, Gürcüstana bu gün təxminən 11 milyon kubmetr qaz tədarük edilir. Ondan 6 milyon kubmetri Azərbaycan qazıdır və “Qazax” boru kəməri ilə nəql edilir. 3,2 milyon kubmetri “Şahdəniz -1” layihəsi çərçivəsində, qalan 1,5-2 milyon kubmetr isə Rusiya qazının Ermənistana nəqli üçün tranzit ödəməsi kimi daxil olur.