» » İranda islahatçılar inamlı qələbə qazandılar

İranda islahatçılar inamlı qələbə qazandılar

İranda islahatçılar inamlı qələbə qazandılar

Mühafizəkarlar Ekspertlər Şurasına yalnız bir namizəd keçirə bildilər.

İranda islahatların tərəfdarları Tehranda keçirilən seçkilərdə qələbə qazanıblar.

ucarliyiq.biz İRNA-ya istinadən xəbər verir ki, onlar ölkənin dini liderinin seçilməsinə təsir edən Ekspertlər Şurasında təqdim edilən 16 yerdən 15-nə sahib olublar.

Ekspertlər Şurasına və İran parlamentinə seçkilərdə yerlərin çoxunu prezident Həsən Ruhani və sabiq prezident Əli Əkbər Haşimi Rəfsancaninin ətrafında toplaşmış islahatçılara nəsib olub. Mühafizəkarlar Ekspertlər Şurasına yalnız bir namizəd keçirə bildilər.

Seçkilərdə şuranın  hazırkı sədri Mohammed Yazdi, eləcə də sabiq prezident mühafizəkar qüvvələrin namizədi olan Mahmud Əhmədnejadın müəllimi Mohammed Tağı Mesbah Yazdi də məğlub olub.

Ekspertlər Şurasına seçilən yeganə  sərt xəttin nümayəndəsi mühafizəçilərin rəhbəri, Ekspertlər Şurasına namizədlərin irəli sürülməsinə veto qoymaq hüququna malik Əhməd Cannati olub.
Paytaxt regionundan parlamentə seçkilərə gəldikdə isə, bütün 30 yer islahatçılara nəsib olub. 

Ekspertlər Şurası – dindarların məclisidir, ümumxalq səsvermə yolu ilə seçilir. Cəmi 88 nəfərdən ibarət olur, onlar ölkəni ali rəhbərini təyin edə və ya devirə bilərlər.

Cümə seçimləri İranda beynəlxalq sanksiyaların ləğvindən sonra ilk seçki oldu. Ölkədə o faktiki olaraq Ruhani hakimiyyətinə və Qərb ilə münasibətlərin yaxşılaşdırılması siyasətinə etibara dair  referendum kimi nəzərdən keçirilir, - Reuters məlumat yayıb.

Tehranda qələbəyə baxmayaraq, islahatçılar parlamentdə və Ekspertlər Şurasında çoxluq əldə edə bilməyəcəklər. Belə ki, paytaxt regionunun sərhədlərindən kənarda əsasən mühafizəkarlar qalib gəlir.