» » Tbilisi aeroportu yeni iş qrafikinə keçir

Tbilisi aeroportu yeni iş qrafikinə keçir

Tbilisi aeroportu yeni iş qrafikinə keçir

İyulun 1-nə qədər.

Bu gün Tbilisi Beynəlxalq Aeroportunda uçuş zolağında təmir işlərinin başlaması ilə əlaqədar gündüz reysləri çərşənbə günündən qismən ləğv edilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə aeroportu idarə edən Türkiyənin “TAV Georgiya” şirkətinin məlumatında bildirilib.

“Mart ayını 1-dən 26-na qədər reyslər 09.30-dan 15.00-a qədər, mart ayının 27-dən isə 1 iyula qədər isə saat 10.00-dan 20.00-a qədər reyslər həyata keçirilməyəcək”, - məlumatda deyilir.

Təmir işlərinin aparılması “TAV Georgia” və Gürcüstan hökuməti arasında yenilənmiş razılaşmada nəzərdə tutulub.

Şirkətdən bildirilib ki, bu qəbildən olan təcrübə dünyanın bir uçuş zolağı olan aeroportlarında tətbiq edilir.