» » Ölkə hakimiyyətindən taciklərə tövsiyə: ərzaq və su ehtiyatı toplayın

Ölkə hakimiyyətindən taciklərə tövsiyə: ərzaq və su ehtiyatı toplayın

Ölkə hakimiyyətindən taciklərə tövsiyə: ərzaq və su ehtiyatı toplayın

“Bu, çox vacibdir”.

Tacikistan sakinlərinə ərzaq ehtiyatı görmək tövsiyə edilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə hökumət iclasının yekunlarına görə, ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ölkə prezidenti İmaməli Rəhmanın başçılığı altında keçirilən iclas zamanı vətəndaşların yay üçün ərzaq və su ehtiyatı toplaması məsləhət görülüb.  

Tacikistan vətəndaşlarına məsləhət görülüb ki, özlərinə su ehtiyatı toplasınlar və öz torpaq sahələrini, bağlarını və üzümlüklərini doyunca sulasınlar.  

Ölkə rəhbərliyi vətəndaşlardan özlərinə ərzaq toplamağı xahiş edib.

 “Artıq bir neçə ildir ki, biz vətəndaşlardan xahiş edirik ki, 2 illik ərzaq ehtiyatı toplayın. Bu çox vacibdir. Xüsusilə, bu il ölkədə kənd təsərrüfatı mallarının bolluğu zamanı bundan hər bir ailə istifadə etməlidir”, - Rəhmon keçən ilin sentyabrında bildirib, “ТоjNews” məlumat yayıb.

İmaməli Rəhman ölkə iqtisadiyyatındakı mənfi tendensiyaları milli valyutanın devalvasiyası və qonşu ölkələrdəki sosial-iqtisadi göstəricilərin pisləşməsi ilə əlaqələndirib.  

Tacikistan valyutası somoni ötən il 24,1% ucuzlaşıb. Valyuta bazarında isə 27,8% ucuzlaşıb.