» » ABŞ kəşfiyyatı Usama bin Ladenin vəsiyyətini açıqladı

ABŞ kəşfiyyatı Usama bin Ladenin vəsiyyətini açıqladı

ABŞ kəşfiyyatı Usama bin Ladenin vəsiyyətini açıqladı

Sənəd 1990-cı illərin sonunda yazılıb.

“Əl-Kaida” terror təşkilatının keçmiş lideri Usama bin Laden öz vəsiyyətnaməsində qoyduğu mirasın böyük hissəsini “cihad məqsədlərinə” sərf etməsini vəsiyyət edib.

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, sənəd 2011-ci ildə ABŞ xüsusi təyinatlılarının Pakistanda “dünyanın bir nömrəli terrorçusu”na qarşı keçirdiyi əməliyyat zamanı tapılıb.

Amerikalılar hesab edirlər ki, vəsiyyətnamə 1990-cı illərin sonunda yazılıb.

Vəsiyyətnamədən əlavə ABŞ kəşfiyyatının əlinə daha 112 sənəd keçib. Onların əksəriyyəti hələ də məxfi saxlanılır. 

Qeyd edək ki, Bin Ladenin mirası 29 milyon dollar məbləğində dəyərləndirilir.