» » Rusiyalılara uşaqları dayəsiz tərbiyə etmək məsləhət görüldü

Rusiyalılara uşaqları dayəsiz tərbiyə etmək məsləhət görüldü

Rusiyalılara uşaqları dayəsiz tərbiyə etmək məsləhət görüldü

“Şərqdə belə şey yoxdur”.

Ümumrusiya Tacikistan əmək mühacirlərinin hərəkatının rəhbəri Karomat Şaripov rusiyalılara uşaqları dayəsiz tərbiyə etməyi məsləhət gördü.

ucarliyiq.biz xəbər verir ki, o, “Qovorit Moskva” radiostansiyasının efirində, bu yaxınlarda Moskvada dördyaşlı qızın dayəsi tərəfindən qətlə yetirilməsini şərh edərkən bildirib.

“Şərqdə belə şey yoxdur. Qadını götürüb uşağı etibar etmək. Qadın uşaq dünyaya gətirirsə, özü üçün gətirir, deməli, özü də tərbiyə etməlidir”, - hərəkatın rəhbəri bəyan edib.

Şaripovun fikrincə, uşağın qətlinin səbələrindən biri mühacirlərin əməyinin lazımi tənzimlənməsinin olmamasıdır.

“Moskvada 99,9 faiz qeyri-qanuni miqrasiyadır. İstənilən adam evinizə gəlib, o əməli törədə bilər. Boşluqdur, hər şey açıqdır, - o deyib. – Bu gün əmək vizalarının tətbiqi hamı üçün əlverişli olardı. Mən insanı dəvət edirəm, o gəlir, mən onun üçün məsuliyyət daşıyıram”.