» » Britaniya Tunisə hərbçilərini göndərdi

Britaniya Tunisə hərbçilərini göndərdi

Britaniya Tunisə hərbçilərini göndərdi

Krallığın müdafiə naziri bəyanatla çıxış edib.

Böyük Britaniya Tunisə öz hərbçilərini göndərib.

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, belə bir bəyanatla ölkənin müdafiə naziri Maykl Fellon çıxış edib.

Nazir bildirib ki, hərbçilərin əsas məqsədi Liviyadan Suriyaya İŞİD terrorçularının keçidinin qarşısını almaqdır.

“20 nəfərdən ibarət təlimatçı qrup Liviya ərazisindən Tunisə İŞİD yaraqlılarının keçidinin qarşısını almaq üçün göndərilib”, - Fellon parlamentdə çıxışı zamanı deyib.

O, həmçinin rəsmi Londonun Liviyada yerüstü əməliyyat həyata keçirmək niyyətində olmadığını bildirib.