» » Dünyanın ən zəngin insanları - SİYAHI

Dünyanın ən zəngin insanları - SİYAHI

Dünyanın ən zəngin insanları - SİYAHI

Forbes nəşri yeni reytinqini açıqladı.

Bill Geyts Forbes jurnalı tərəfindən 17-ci dəfədir ki, dünyanın ən zəngin insanı seçilib, ucarliyiq.biz Forbes jurnalına istinadən xəbər verir.

Bir il ərzində Geytsin sərvəti cəmi 4,2 milyard dollar azalıb.

Microsoft şirkətinin təsisçisi yenə də milyarder siyahısında ikinci sətirdə yer alan “Zara” mağazalar şəbəkəsinin təsisçisi, ispaniyalı biznesmen Amansio Orteqanı geridə qoyub - 67 milyar dollar.

Üçüncü yerdə isə “Berkshire Hathaway” şirkətinin başçısı Uorren Baffet (60,8 milyard dollar) qərarlaşıb.

Forbes-in versiyasına görə 2015-ci ilin zənginlərinin ilk onluğu:

1. Bill Geyts  - 75 milyard (Microsoft)

2. Amansio Orteqa - 67 milyard (Zara və d.)

3. Uorren Baffet – 60,8 milyard (“Berkshire Hathaway”)

4. Karlos Slim - 50 milyard (Telekommunikasiya və inşaat)

5. Cef Bezos – 54,3 milyard (Amazon.com)

6. Mart Zukerberq – 44,6 milyard (Facebook)

7. Larri Ellison – 43,6 milyard (Oracle)

8. Maykl Blumberq – 40 milyard (Blumberq)

9. Çarlz Kox - 39,6 milyard (Sənayeçi)

10. David Kox – 39,6 milyard (Sənayeçi)

Qeyd edək ki, “Forbes”-un sonuncu reytinqində azərbaycanlı da yer alıb. “LUKOIL” şirkətinin prezidenti Vahid Ələkbərov 8,9 milyardlıq sərvətlə  Rusiya milyarderlərinin reytinq cədvəlində 9-cu yerdə qərarlaşıb.