» » Futbolçudan xanımını döyməsi iddiasına cavab

Futbolçudan xanımını döyməsi iddiasına cavab

Futbolçudan xanımını döyməsi iddiasına cavab
Futbolçudan xanımını döyməsi iddiasına cavab “Beşiktaş” futbol klubunun keçmiş kapitanı İbrahim Toraman həyat yoldaşını döyməsi iddialarına cavab verib.

Ucarliyiq.biz - in “Hürriyet”ə istinadən məlumatına görə, idmançı vəkil həyat yoldaşı Eylem Toraman tərəfindən deyilənlərin yalan olduğunu bildirib:

“Bir həftədir, bu mövzu danışılır. İddialar qəlbimi incitdi. Buna bəzi insanların inandığını görmək isə məni məhv edir. Uşağı qucağında ikən ananı döymək qədər vicdansızlıq ola bilərmi? Mən susdum, çünki bu iş artıq məhkəmədədir. Hər bir ailədə xoş günlər də, mübahisələr də olur. Evlilikdəki problemi məhkəməyə daşımaq əvəzinə, mediada yaymaq kimin hansı məqsədinin olduğunu göstərir. Uşağımın anasıdır, ona hörmət edirəm”.

Xatırladaq ki, Eylem İbrahim tərəfindən şiddətə məruz qaldığını bildirmiş və cütlük boşanmaq üçün məhkəməyə müraciət etmişdi.