» » Kadırov Nemtsovun qətlindən danışdı

Kadırov Nemtsovun qətlindən danışdı

Kadırov Nemtsovun qətlindən danışdı

“Görünür, kiməsə yaman mane oluram”.

Boris Nemtsovun ölümü onun adından siyasi məqsədlərlə istifadə etmək istəyənlər üçün daha sərfəli olub.

ucarliyiq.biz xəbər verir ki, bu fikri Çeçenistanın rəhbəri Ramzan Kadırov “İnterfaks”a verdiyi müsahibəsində bildirib.

“Əvvəllər bu partiya, belə demək mümkündürsə, aktivistlər heç kimin vecinə deyildi. İndi onlar baş verənlərdə hamını ittiham edirlər. Nemtsovun mənə əngəl olduğu və bizim düşmənçilik etməyimizlə bağlı absurd fikirlər səsləndirirlər”, - Çeçenistanın rəhbəri bəyan edib.

O, B.Nemtsov ölkədə vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr tərəfindən öldürüldüyü fikrini də istisna etməyib.

Çeçenistan rəhbəri onu da diqqətə çatdırıb ki, B.Nemtsovun ölümündə təqsirləndirilən şəxsləri heç vaxt müdafiə etməyib.

“Mən fikrimi birbaşa deyən insanam. Mən sadəcə, Zaur Dadayevin terrorçulara qarşı qorxmadan döyüşdüyünü demişəm”, - o izah edib. Bununla yanaşı, o, cinayətkarların tapılması üçün obyektiv istintaqın aparılmasına çağırıb.

Kadırov, həmçinin “Rusiyanın düşmənlərinin” onu ləkələmək üçün kampaniya təşkil etdiklərindən əmin olduğunu bildirib.

“Görünür, kiməsə yaman mane oluram. Kimə? Xalqa? Rəhbərliyə? Əlbəttə, yox! Və ya dövlət departamentinin bir ovuc vasitəçisinə və onlara bənzərlərə? Yəqin ki, hə!”, - Kadırov bəyan edib.

O qeyd edib ki, “Rusiyanın düşmənləri tərəfə keçənlərə” qarşı mövqeyini dəyişmək fikrində deyil, amma əlavə edib ki, “adının hətta dolayı yolla” Rusiya prezidenti Vladimir Putin üçün maneə olmasına da razı deyil.

İstefası haqqında danışarkən Kadırov bildirib ki, onun taleyi hələ müzakiə edilməyib, amma o, Putinin istənilən qərarına hazırdır. “Mən, “Oldu!” deyə biləcək piyadayam, istefa verdiyi halda uşaqların tərbiyəsi və Vətənə xidmət ilə məşğul olacağını da istisna etməyib.

“İstənilən an, Vladimir Putin lazım bilərsə, sırada durmağa hazıram... Mən bir dəqiqəyə hazır olacaq vəziyyətdəyəm!”, - Çeçenistan rəhbəri əlavə edib.