» » Moskvada azyaşlı qızın qatili: Allah əmr etdi

Moskvada azyaşlı qızın qatili: Allah əmr etdi

Moskvada azyaşlı qızın qatili: Allah əmr etdi

İstintaq şübhəli bilinən şəxsin tək hərəkət etmədiyini düşünür.

Martın 2-də Gülçöhrə Bobokulova məhkəmə qarşısına çıxıb. 

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, o, 4 yaşlı qızın qəddarcasına qətlə yetirilməsində ittiham edilir. 

Qadını aprel ayının 29-na qədər həbs ediblər. Ona qarşı rəsmi ittiham mart ayının 4-ü irəli sürüləcək.

Məlumata görə, ekspertiza cinayəti törədərkən qadının kəskin psixi pozğunluq halında olduğunu bildirib.

Gülçöhrə Bobokulova jurnalistlərə öz günahını etiraf etdiyini bildirib, əməli törətmə səbəbi sualına isə “Allah əmr etdi” cavabını verib, - RBK məlumat yayıb.

Bununla yanaşı, istintaq onun tək hərəkət etmədiyini bəyan edib.

“Hazırda onunla bu əməli törədənlər müəyyənləşdirilir”, - Moskvanın Presenensk məhkəməsinin müstəntiqi bildirib, - TASS məlumat yayıb.

Məhkəmə iclasında Bobokulova Səmərqənddən olduğunu deyib. O, boşanıb, 16,19 və 20 yaşlarında üç oğlu var. Moskvada saxta qeydiyyat ilə yaşayırdı.

Saxlanıldıqdan sonra qadına ekspertiza yoxlaması təyin edilib. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Bobokuloba ilkin məlumata görə, uşağı qətlə yetirərkən kəskin psixi pozğunluq vəziyyətində olub.