» » Azərbaycanlılar Gürcüstana səfər etmiş xarici vətəndaşlar arasında liderdirlər

Azərbaycanlılar Gürcüstana səfər etmiş xarici vətəndaşlar arasında liderdirlər

Azərbaycanlılar Gürcüstana səfər etmiş xarici vətəndaşlar arasında liderdirlər

İkinci yerdə Türkiyə vətəndaşlarıdır.

Cari ilin yanvar ayında Gürcüstana 113,8 min Azərbaycan vətəndaşı səfər edib.

ucarliyiq.biz “Sputnik-georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın DİN-i məlumat yayıb.

Məlumata görə, keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 41,9% çoxdur.

Azərbaycan vətəndaşları Gürcüstana səfər edən xarici vətəndaşlar arasnda birinci yerdədirlər. İkinci yerdə isə Türkiyə vətəndaşlarıdır, iki ay rəzində Gürcüstana 92 min Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, bu ilin yanvar-fevral ayında Gürcüstana 683,5 min xarici vətəndaş səfər edib, bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 13,8% artıqdır. Onlardan 360,4 min nəfəri turistlər olub.