» » Erməni “Skype”da türk ilə danışan arvadını öldürdü

Erməni “Skype”da türk ilə danışan arvadını öldürdü

Erməni “Skype”da türk ilə danışan arvadını öldürdü

“O, daim zəng edib pulları qaytarmağı tələb edirdi”.

Egine Dambazyanın qətli ilə əlaqədar məhkəmədə onun əri Artak Arakelyan arvadına 30 bıçaq zərbəsi vuraraq öldürdüyünü etiraf edib. 

ucarliyiq.biz “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, müttəhim iddia edir ki, qətli qısqanclıq zəmnində törədib.

Onun sözlərinə görə, Rusiyadan qayıtdıqdan sonra arvadının ona olan münasibətinin dəyişdiyini hiss edib. Daha sonra “Skype”dakı danışıqlara baxaraq arvadının gecə saatlarında uzun müddət mal aldıqları türk ilə danışdığını aşkar edib.

Daha sonra məhkəmə iclasının vaxtı dəyişdirilib. Belə ki, iş üzrə yeni prokuror təyin edilib, o işin materialları ilə tanış olmalıdır. Növbəti iclas martın 12-də olacaq.

Jurnalistlərlə söhbətdə qətlə yetirilənin bacısı Kristina Dambazyan bəyan edib ki, Egine türk ilə pul borcuna dair məsələləri müzakirə edirdi. O, Artaqın daima Egineni döydüyünü bildirib.

 “Onlar türkə 1000 dollar borclu idilər. O, daim zəng edib, pulları qaytarmağı tələb edirdi. Artak özü danışmaq istəmirdi, məcbur edirdi ki, bacım cavab versin. İndi isə deyir ki, qısqanıb”, - Kristina bildirib.

2015-ci ilin sentyabr ayının 27-də 40 yaşlı Artak Arakelyan Egine Dambazyana 30 bıçaq zərbəsi vurub. Faciə “Malatiya” yarmarkasının yanında baş verib.