» » Tükiyə NATO gəmilərini öz sularına buraxmadı

Tükiyə NATO gəmilərini öz sularına buraxmadı

Tükiyə NATO gəmilərini öz sularına buraxmadı

Ankaranın mövqeyi əvvəldən məlum idi.

Türkiyə NATO gəmilərinə ölkənin Egey dənizində ərazi sularına daxil olmağa icazə verməyib.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Alyansın missiyası Yunanıstandan Türkiyəyə, daha sonra isə Avropanın digər ölkələrinə istiqamət almış mühacir qayıqlarının saxlanılmasından ibarətdir.

Bu məlumatı fransız agentliyi üçün Brüsseldə bir neçə diplomatik mənbə təsdiqləyib. Onlardan birinin sözlərinə görə, Ankaranın Şimali Atlantika Təşkilatının müqaviləsinin missiyasına dair mövqeyi əvvəldən məlum idi.

Türkiyə NATO-nun dörd gəmidən ibarət dəniz qruplaşmasının komandanı, alman kontr-admiral Yorq Klayn Ankaraya gəmilərin yerləşəcəyi ərazini təyin etmək üçün gəlməsini israr edir.

Bundan başqa, həmin həmsöhbət Türkiyənin mühacirlərin dənizdə tutulmasıdan və ya qəzaya uğramış qayıqlardan xilas etdikdən sonra ölkəyə qaytarılmasında maraqlı deyil.