» » Putin Ermənistanın “Müdafiə sistemlərinə” daxil edilməsini dəstəkləyib

Putin Ermənistanın “Müdafiə sistemlərinə” daxil edilməsini dəstəkləyib

Putin Ermənistanın “Müdafiə sistemlərinə” daxil edilməsini dəstəkləyib

Sistem 1996-cı ildə yaradılıb.

Rusiya prezidenti Vladimir Putin hökumətin Ermənistan ilə bu ölkənin Belarus tərəfindən yaradılmış “Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupuna daxil edilməsi üzrə danışıqların aparılmasına dair təklifi qəbul edib.

ucarliyiq.biz xəbər verir ki, müvafiq sərəncam çərşənbə günü hüquq informasiyanın rəsmi portalında yerləşdirilib.

“Rusiya hökuməti və Belarus hökuməti arasında “Müdafiə sistemləri” dövlətlərarası maliyyə-sənaye qrupunun yaradılmasına dair razılaşmaya Ermənistan hökumətinin qəbul edilməsinə dair Rusiya hökumətinin təklifi qəbul edilsin”, - sənəddə deyilir.

Qeyd edək ki, “Müdafiə sistemləri” ASC 1996-cı ildə ontruktor büroların təşəbbüs qrupu, elmi-tədqiqat institutları və HƏM obyektlərinin sistem və vasitələrini hazırlayan - silsilə müəssisələr tərəfindən yaradılıb.

Paralel olaraq səhmdar cəmiyyətin əsasında yaradılan Rusiya-Belarus dövlətlərarası maliyyə-sənaye qrupu da fəaliyyət göstərir.