» » "Məşhur musiqiçinin nikahsız xanımı..." - Ərsoydan sərt sözlər

"Məşhur musiqiçinin nikahsız xanımı..." - Ərsoydan sərt sözlər

"Məşhur musiqiçinin nikahsız xanımı..." - Ərsoydan sərt sözlər
"Məşhur musiqiçinin nikahsız xanımı..." - Ərsoydan sərt sözlər

Təbii xəz geyinməyi sevdiyini bildirən müğənni Bülənt Ərsoy müxtəlif reaksiyalarla üzləşib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçiyə qarşı ən sərt reaksiyanı isə müğənni Fərhad Köçerin sevgilisi, heyvan haqları müdafiəçisi, aparıcı Ömür Gedik göstərmişdi. Bülənt aparıcının qonaq olduğu verilişə telefonla bağlanaraq “Heyvansevərlər kimdir? Mənə yumurta atanı avtomobil vurmuşdan betər edərəm. Bundan sonra da kürk geyinməyəcəyəm” demişdi. B.Ərsoy bu gün də “Hər şeyi konuşalım” verilişinə zəng vuraraq Ömür Gediki təhqir edib:

“Söz ağzımdan bir dəfə çıxar: daha xəz geyinməyəcəyəm. Belə insanların edə biləcəyi heç nə yoxdur. Heyvanları müdafiə edənlərin başında, təəssüf ki, mühüm bir musiqiçinin nikahsız həyat yoldaşı olmaqdan o tərəfə gedə bilməyən bir xanım dayanır. Buna görə də “vitrinin önünə gəlmək üçün” heyvanların quyruqlarından yapışırlar. Heyvanları sizin qədər ürəyi olan hər kəs sevir. Onda ayaqqabı geyinməyin, çanta götürməyin!”.