» » Natalya Kraçkovskaya vəfat etdi – VİDEO

Natalya Kraçkovskaya vəfat etdi – VİDEO

Natalya Kraçkovskaya vəfat etdi – VİDEO

O, 70-dən çox filmdə çəkilib.

Natalya Kraçkovskaya 77 yaşında vəfat edib. 

ucarliyiq.biz LifeNews-a istinadən xəbər verir ki, o, Moskvada klinikaların birində vəfat edib.

Məlumatda Kraçkovanın reanimasiya şöbəsində olduğu bildirilib. Xəstəxanaya ürək tutmasından sonra yatırılıb.

Daha öncə aktrisa Natalya Kraçkovskanın vəziyyətinin ağır olduğu bildirilmişdi.

Bu barədə 1 saylı şəhər xəstəxanasının baş həkimi Aleksey Svet bildirib.

Kraçkovskaya 1938-ci ilin noyabr ayının 24-də anadan olub. O, 70-dən çox filmdə çəkilib. Aktrisa bir qayda olaraq ikinci dərəcəli, amma yadda qalan rolları ifa edirdi.