» » Putin Çurovu işdən çıxardı

Putin Çurovu işdən çıxardı

Putin Çurovu işdən çıxardı

Mərkəzi Seçki Komissiyası beş il müddətinə yaradılır.

Rusiya prezidenti Vladimir Putin Mərkəzi Seçki Komissiyasının üzvlərini öz kvotası üzrə təyin edib.

ucarliyiq.biz xəbər verir ki, MSK-nın hazırkı sədri Vladimir Çurovun adı siyahıda yoxdur.

“Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasını üzvləri haqqında” Fərman Kremlin rəsmi saytında martın 3-də dərc edilib.

MSK-da prezident beşliyinə Rusiyada insan haqları üzrə səlahiyyətli nümayəndə Ella Pamfilova, hazırkı MSK üzvü Boris Ebzeyev, Dövlət Dumasının RKP deputatı Vasili Lixaçov, Federal inhisarçılıq əleyhinə xidmətin rəis müavini Aleksandr Kinev, “Rusiya vətənpərvərləri”nin MSK nümayəndəsi Yevgeni Şevçenko daxildir.

Mərkəzi Seçki Komissiyası beş il müddətinə yaradılır, tərkibinə 15 nəfər daxildir. Həlledici səs hüququ olan beş MSK üzvünü Dövlət Duması, beş nəfəri Federasiya Şurası, daha beş nəfəri isə prezident təyin edir. Bundan sonra birinci iclas keçirilir, gizli səsvermə yolu ilə komissiyanın sədri seçilir.