» » Türkiyədə polis bölməsinə qumbara atdılar

Türkiyədə polis bölməsinə qumbara atdılar

Türkiyədə polis bölməsinə qumbara atdılar

Şübhəlilər binada təcrid olunmuş halda qalıblar.

İstanbulun şəhər ətrafında polis bölməsinin yaxınlığında güclü partlayış olub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “CNN Türk” telekanalı məlumat yayıb.

Hadisə Bayrampaşa rayonunda baş verib. İki terrorçunun bir neçə qumbaranı polis bölməsinə tərəf atdığı ehtimal edilir. Hadisə yerində atəş səsləri də eşidilib.

Şübhəlilər hücumun baş verdiyi ərazidə binada təcrid olunmuş vəziyyətdə qalıblar. Polis rayonu mühasirəyə alıb və hücuma hazırlaşır.

Türkiyə KİV-nin məlumatına istinadən hücum edənlərdən biri yaralanıb.