» » WT: Moskva faktiki olaraq Ermənistanı satellit-dövlətə çevirir

WT: Moskva faktiki olaraq Ermənistanı satellit-dövlətə çevirir

WT: Moskva faktiki olaraq Ermənistanı satellit-dövlətə çevirir

“Və ya Moskva onu sadəcə qorxudur?”.

Rusiya və Türkiyə arasında mübarizə təkcə Suriya səmasında getmir, həm də Qafqaza keçib. 

ucarliyiq.biz xəbər verir ki, bunu “The Washington Times”ın jurnalisti Qay Teylor iddia edir. 

Onun sözlərinə görə, son bir neçə ay ərzində Moskva Ermənistanda hərbi mövcudluğunu artırır. Dekabrda Rusiya “sakitcə” Ermənistan ilə HƏM haqqında razılıq imzalayıb.

“Bundan sonra Moskva hərbi bazasında ən azı dörd yeni “Miq-29” və çoxlu sayda digər hərbi texnika vihidləri yerləşdirib”, - Teylor iddia edir.

“Rusiya mətbuatının məlumatlarına görə, belə bir anlaşma bir neçə ay ərzində hazırlanıb. Ancaq “Miq-29” təyyarələrinin və yeni döyüş vertolyotlarının fevralın ortalarında Ermənistana göndərilməsi Putinin Türkiyəni və onun NATO üzrə müttəfiqlərini çəkindirmək üslubuna bənzəyir”, - məqalədə deyilir.

Ermənistan Rusiyanın fəal müttəfiqinə çevrilir, yoxsa Moskva Türkiyəni mühasirəyə almaq cəhdlərində, sadəcə, ondan “peşka” (“piyada” - red.) qismində istifadə edib qorxudur? Amerika analitikləri arasında fikir ayrılığı var, müəllif yazır.

“Ermənistanın Rusiya ilə tarixi əlaqələrinin olması faktdır. Və indi - Türkiyə-Rusiya münasibətləri “ölümcül həddə” çatdığı məqamda Ermənistan bu konfrontasiya kontekstində “cəbhəyanı dövlət”ə çevrilib”, - Ariel Koen (Atlantic Council) deyib.

Moskvanın az öncə atdığı addımlar Qafqazda etnik müharibəni, xüsusən də Azərbaycanla Ermənistanın Dağlıq Qarabağ uğrunda mübarizənin qızışdırması təhlükəsi yaranır.

“Görünür, Rusiya indi öz təsirini “üzə çıxarmaqla” Ermənistandan tələb edir ki, Türkiyənin düz yaxınlığında öz hərbi mövcudluğunu genişləndirsin”, - məqalədə deyilir.

“Əgər Ermənistan naz eləsə, Rusiyanın Qarabağda rıçaqları var ki, donmuş münaqişəni Azərbaycanın xeyrinə həll eləsin”, - digər ekspert Castin Byork belə ehtimal edir (“EurasiaNet” internet nəşri).

“Ermənistan Rusiyanın “peşkası” deyil, o, iddia edir, - İrəvanda əksər liderlər ölkənin Rusiya-Türkiyə münaqişəsinə cəlb olunmasından ehtiyat edirlər”.

Digərləri isə Kreml Ermənistanı faktiki surətdə, satellit-dövlətə çevirib və Putin onu Türkiyə ilə regional hökmranlıq uğrunda mübarizədə istismar edəcəyini iddia edirlər.

ABŞ Dövlət Departamentinin sabiq əməkdaşı və keçmiş səfir, hazırda PR-firmada çalışan Adam Ereli bir müddət öncə “Forbes” jurnalındakı “Ermənistan - Putinin yeni satellit dövləti” məqaləsində “Nədən ABŞ Türkiyəyə münasibətdə Rusiyanın demək olar, aşkar təcavüzü qarşısında susqunluq göstərir?” sualını vermişdi.

Məqalədə NATO-nun mənzil-qərargahının adının çəkilməsini istəməyən məmur bəzi təhlükələrin şişirdildiyini bildirib.

“Əgər Rusiya təyyarələri Ermənistandan Türkiyə sərhədlərinə doğru uçuşlara başlasa, bu, əlbəttə ki, Türkiyə və NATO üçün açıq-aşkar problem olacaq. Ancaq hələlik bu, baş vermir. Çünki Ermənistan hər halda rusların hər ağlına gələn şeyə icazə vermir”, - o bəyan edib.