» » 12 yaşlı qız İŞİD-in cəlladı oldu

12 yaşlı qız İŞİD-in cəlladı oldu

12 yaşlı qız İŞİD-in cəlladı oldu

Cihadi Ceyn güllələmə bölüyünün tərkibində olub.

İŞİD-də beş qadının kütləvi edamı təşkil edilib. Onların sırasında yaraqlıları müalicə etməkdən imtina edən həkim də var.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “The Daily Star” öz mənbələrinə istinadən məlumat yayıb.  

Terrorçuların hökmünü həyata keçirənlər arasında Britaniya KİV-nin Cihadi Ceyn adlandırdıqları 12 yaşlı qız da olub. İŞİD-in Britaniya KİV-nin Cihadi Con adlandırdığı, artıq məhv edilmiş başqa bir cəlladı da var idi.

Məlumata görə, qətl bir zamanlar Assuriya dövlətinin paytaxtı olan İraqın Nineviya şəhərində həyata keçirilib. Cihadi Ceyn güllələmə bölüyünün tərkibində idi.

“Bu edam İŞİD-də qızın iştirak etdiyi ilk edam hesab edilir”, - mənbə qeyd edib.

Oğlanların iştirak etdiyi edamlar isə artıq olub. Belə ki, 2016-cı ilin fevral ayında İŞİD-də ingilis dilində danışan oğlanın üç kişini edam etdiyi tükürpədici video yayılmışdı. Onlar Böyük Britaniyanın xeyrinə cəsusluqda ittiham edilirdilər.

Bundan başqa, maliyyə problemlərindən əziyyət çəkən yaraqlılar, öz əməliyyatlarına azyaşlıları cəlb edirlər.