» » Kim Çen In nüvə silahından istifadə etməyə hazırdır

Kim Çen In nüvə silahından istifadə etməyə hazırdır

Kim Çen In nüvə silahından istifadə etməyə hazırdır

“Nüvə zərbəsinin endirilməsi KXDR yeni hərbi doktrinasına daxil edilsin”.

Şimali Koreya istənilən an nüvə silahından istifadəyə hazır olmalıdır.

ucarliyiq.biz BBC News-a istinadən xəbər verir ki, bunu Şimali Koreyanın lideri Kİm Çen In bəyan edib.

Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, o, ölkənin hərbi rəhbərliyinə hərbi doktrinaya nüvə zərbəsi endirməyə hazır olmaq üçün yenidən baxmağı əmr edib.

“Nüvə başlıqlarını istənilən an istifadə etməyə hazır olmalıyıq”, - xəbər agentliyi Kim Çen Inın sözlərindən sitat gətirir.

Təlimlərdə çıxış edərkən o, düşmənlərin Şimali Koreyanın mövcudluğuna təhlükə yaratdığını bildirmişdi.

Daha öncə BMT-nin Təhlükəsizlik Şurası, bu ilin yanvarında Phenyanın nüvə sınağına  cavab olaraq KXDR-ə dair sanksiyaların sərtləşdirilməsi haqqında qətnamə qəbul edib.

Cavab olaraq Şimali Koreya kiçik radiuslu bir neçə raket buraxdı, onlar Yapon dənizinə düşüb.

2006-cı ildən indiyə qədər Şimali Koreya artıq dörd nüvə sınağı keçirib və proqramı bitirməkdən imtina edir. Hakimiyyət yanvarda hidrogen bombasının uğurlu sınağını keçirdiyini bəyan edib.