» » Prezident Klinton yadplanetlilərin sirrini açacaq

Prezident Klinton yadplanetlilərin sirrini açacaq

Prezident Klinton yadplanetlilərin sirrini açacaq

Seçicilərinə bu vədi namizəd Klinton verib.

ABŞ prezidentliyinə namziəd Hillari Klinton əgər seçkilərdə qalib gələrsə, uçan naməlum obyektlərə aid olan bir sıra materialların üstünü açmağa hazırdır.

ucarliyiq.biz İnterfaksa istinadən xəbər verir ki, bu barədə onun seçki qərərgahının rəhbəri Con Podesta bildirib.

“Mən bu barədə Hillari ilə danışmışam – Podesta “KLAS-TV” telekanalına verdiyi müsahibədə bidlriib. – Düşünürəm ki, onu mümkün qədər çox sənədin üstünü açmağa əmin edə bilmişəm, belə ki, insanlar həqiqəti bilməlidirlər”.

Qeyd edilir ki, Podesta UNO haqqında məxfi sənədlərin sirrinin açılmasını tərəfdarıdır. O, hələ 1990-cı illərdə, Bill Klintonun prezidentliyi dövründə ABŞ prezidentinin admnistrasiya rəhbəri işləyərkən buna çağırırdı. Barak Obamanın prezidentliyi dövründə o, baş müşavir işləyib və bu vəzifədən getdikdən sonra UNO-lar haqqında məlumatların dərcinə nail ola bilmədiyi üçün təəssüfləndiyini bildirmişdi.