» » Pentaqon Inın nüvə silahını məhv etməyə hazırdır

Pentaqon Inın nüvə silahını məhv etməyə hazırdır

Pentaqon Inın nüvə silahını məhv etməyə hazırdır

“ABŞ hökumətinin dəyərləndirməsi dəyişməyib”.

ABŞ silahlı qüvvələri KXDR nüvə qüvvələrinə hücum etməyə və lazım olduğu halda məhv etməyə hazırıdır.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, bu bəyanatı Amerikanın müdafiə nazirliyinin məmuru bildirib.

KXDR lideri Kim Çen In nüvə qüvvələrinin istənilən anda düşmənə hücuma hazır olduğunu bildirdikdən sonra Pentaqon Şimali Koreya arsenalının təhlükəsinin qiymətini əvvəlki kimi aşağı səviyyədə saxlayıb.  

“ABŞ hökumətinin dəyərləndirməsi dəyişməyib”, - o dəqiqləşdirib. “Biz Şimali Koreyanın sınağını və ya nüvə silahının miniatürləşdirmək bacarığının və ballistik raketlərin təchizatının  nümayişini görməmişik”, - məmur vurğulayıb.

Mart ayının 4-də Kim Çen In KXDR-nın öz hərbi doktrinasına yenidən baxacağını, bunun ölkə üçün çox təhlükəli olan vəziyyətdə istənilən an zərbə endirməyə hazırlıq üçün lazım olduğunu bəyan edib.