» » Kaladze: Gürcüstanın daha Rusiya qazına ehtiyacı yoxdur

Kaladze: Gürcüstanın daha Rusiya qazına ehtiyacı yoxdur

Kaladze: Gürcüstanın daha Rusiya qazına ehtiyacı yoxdur

“Problemi SOCAR həll etdi”.

Gürcüstanın Rusiyanın “Qazprom” şirkətindən əlavə təbii qaz almağa ehtiyacı yoxdur. 

ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bəyan edib. 

“Qazprom ilə danışıqlar başa çatmayıb və müqavilə tərtib edilməyib. Biz bir neçə gün öncə onlara gürcü tərəfinin səsələndirdiyi son təkliflərimizi göndərmişik. Təklif əvvəlki kimi 10% xammal şəklində almaqdan ibarətdir. Hazırkı mərhələdə əlavə qaz həcminə ehtiyac yoxdur. Gürcüstan qarşıdakı bir neçə il ərzində qaz ilə təmin ediləcək”, - nazir bildirib.

Onun sözlərinə görə, təbii qazın tədarükü problemini Azərbaycanın SOCAR şirkəti həll edib. Gürcüstan Azərbaycandan əlavə 500 milyon kubmetr “mavi yanacaq” alacaq.

Müvafiq razılaşma bu gün Gürcüstan və Azərbaycanın SOCAR şirkəti arasında bağlanıb. Sənədlərin imzalanması Gürcüstan hökumətinin administrasiyasında baş tutub. Sənədi Kaxe Kaladze və Rövnəq Abdullayev imzalayıb.