» » Ermənistanda milli azlıqların sayı kəskin azalıb

Ermənistanda milli azlıqların sayı kəskin azalıb

Ermənistanda milli azlıqların sayı kəskin azalıb

Hakimiyyət dəqiq statistikanı ictimaiyyətdən gizli saxlayır.

Ermənistanda rus, yezidi kürdü, assori və müsəlman kürdlərin sayı orta hesabla 50 faizdən çox azalıb.

ucarliyiq.biz Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu haqda ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 1989-cu ildə Ermənistanda rusların sayı 51 055 nəfər idisə, 2011-ci il əhalinin siyahıya alınmasının nəticələrinə əsasən ölkədə 11 911 nəfər rus qeydə alınıb.

Yezidi kürdlərin sayı hesabat dövrünə uyğun olaraq, 51 976 nəfərdən 35 308 nəfərədək, assorilərin sayı 5 963-dən 2 769 nəfərədək, müsəlman sayılan kürdlərin sayı isə 4 151-dən 2 162 nəfərədək azalıb.

Qeyri-rəsmi mənbələr ötən 5 ildə də ölkənin əsas etnik azlığı sayılanların daha da azaldığını vurğulayır. Məlumatlara əsasən, Ermənistan hakimiyyəti dəqiq statistikanı ictimaiyyətdən  gizli saxlayır