» » Kadırov: Həyəcandan 8 kiloqram arıqlamışam

Kadırov: Həyəcandan 8 kiloqram arıqlamışam

Kadırov: Həyəcandan 8 kiloqram arıqlamışam

“Yaradana dua edirəm”.

Çeçenistan rəhbəri Ramzan Kadırov WBA versiyası üzrə super ağır çəki kateqoriyasında dünya çempionu Ruslan Çaqayev və avstraliyalı Lukas Braun arasında martın 5-də keçiriləcək döyüşün həyəcanından 8 kq arıqladığını bildirib.

ucarliyiq.biz bu barədə TASS-a istinadən xəbər verir.

Ruslan Çaqayev və Lukas Braun arasında boks üzrə dünya çempionu titulu uğrunda döyüş martın 5-də Qroznıda baş tutacaq. Görüş Qroznıda “Kolizey” sport-hollda olacaq.

“Ruslan Çaqayev ümumiyyətlə həyəcan keçirmir. Onun əvəzinə mən həyəcan keçirirəm, bu zaman ərzində hətta 8 kq arıqlamışam. Əgər sabah və ya ertəsi gün döyüş başa çatmasa, mən sistem köçürməli olacam, çünki sakitləşdiricilər artıq kömək etmir.

Çaqayev fiziki, taktiki, idman göstəricilərinə görə heç bir zaman məğlub olmayıb. Ruslan Çaqayev döyüşə dəmir adam kimi çıxır. İndi o, əvvəlkindən daha güclüdür. Biz görüşün gözəl sonluğunu gözləyirik, bütün dünya bu döyüşü gözləyir. Mən Yaradana bu görüşün gözəl bitməsi üçün düa edirəm”, - TASS Kadırovun sözlərindən sitat gətirir.

Çaqayevin hesabında 34 qələbə (21 nokaut ilə), iki məğlubiyyət (ukraynalı Vladimir Kliçko və rusiyalı Aleksandr Povetkin) və bir heç-heçə bitən döyüş var. Braunun hesabında 23 qələbə var (20 nokaut ilə) və bir dənə də məğlubiyyət yoxdur.