» » Xərçəng xətəliynin müalicəsində - İNQİLABİ YENİLİK

Xərçəng xətəliynin müalicəsində - İNQİLABİ YENİLİK

Xərçəng xətəliynin müalicəsində - İNQİLABİ YENİLİK

Alimlər “Axilles dabanı”nı tapıblar.

Londonun Universitet kollecinin alimləri insan orqanizminin xərçənglə sərbəst mübarizə aparmağının üsulunu tapıblar. 

ucarliyiq.biz The Guardian nəşrinə istinadən xəbər verir ki, onlar öz tədqiqatlarının nəticələrini Science jurnalında dərc ediblər.

Alimlər şişlərdə unikal bioloji markerlər aşkar ediblər və onlara “Axilles dabanı” adını veriblər.

Xərçəng hüceyrələri böyüdükcə və orqanizmdə yayıldıqca özləri ilə müəyyən miqdarda biomarker daşıyırlar - səthi zülallar. Bu biomarkerləri tapdıqdan sonra immun sisteminin işini bu onları saxlayan hüceyrələrlə mübarizəyə yönləndirmək olar.

Yeni üsul xəstənin DNT-sinin öyrənilməsinə əsaslanır və alimlər bildiriblər ki, o kimyə- və radioterapiyanı əvəz edə bilər. Bu üsulların əvəzinə xəstənin xərçəng hüceyrələrindən əldə edilmiş və zülalların əsasında hazırlanmış vaksin (peyvənd) vurulacaq. Vaksin immun sistemini bədxassəli hüceyrələrə qarşı mübarizə yönləndirəcək.

Alimlər yeni üsulu yaxın iki ildə sınaqdan keçirməyə ümid edirlər.